14 
Okt
2016
11:21
1
29
2904
Virtual karabakh

Müğənninin avtomobili atəşə tutuldu

14 Okt, 2016
11:21
2904

Müğənninin avtomobili atəşə tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli müğənni Ferman Toprak dünən gecə saatlarında səhnədə çıxış etmək üçün avtomobili ilə Şişlidəki gecə klublarından birinə yollanıb. Səhərə qarşı çıxışını bitirmək üzrə ikən gecə klubunun qarşısından silah səsləri eşidilib. Onun avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub. Hadisəni törədənlər isə oradan qaçıblar.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, hadisə yerinə dəvət olunan polis əməkdaşları müğənninin avtomobilinə 10 güllə tuşlandığını təsbit ediblər. İstintaq başladılıb.

Ferman Toprak və meneceri yaşananlarla bağlı heç bir şərh verməyib.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri