30 
Okt
2016
09:50
353
74
53737
Virtual karabakh

Azərbaycanlı xanım müğənni “O səs Türkiyə”ni heyran qoydu – VİDEO

30 Okt, 2016
09:50
53737

Azərbaycanlı xanım müğənni “O səs Türkiyə”ni heyran qoydu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“O səs Türkiyə”nin bugünkü buraxılışında daha bir azərbaycanlı iştirakçı münsifləri heyran edib.

Oxu.Az-ın Axşam.az-a istinadən məlumatına görə, Gülşən İbadova adlı həmyerlimiz İsveçin “Eurovision 2009” təmsilçisi Malena Ermannın “La Voix” mahnısını səsləndirib. Pop və opera səsini nümayiş etdirən Gülşən bütün münsifləri özünə döndərə bilib. Zalın təkidi ilə o ifasını təkrar oxuyub.

Daha sonra G.İbadova Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i də səhnədə ifa edib. Həmyerlimiz sonda Gökhan və Hakanın komandasını seçib.

Qeyd edək ki, TV8-də Acun İlıcalının aparıcılığı ilə təqdim olunan yarışmanın münsiflər kürsüsündə Murad Boz, Hadisə, Sibel Can, Gökhan və Hakan Özoğuz qardaşları oturur.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri