20 
Sen
2017
21:14
256
128
4388
Virtual karabakh

Nadir Qafarzadə: İnsanlarda artistləşmə gedir – VİDEO

20 Sen, 2017
21:14
4388

Nadir Qafarzadə: İnsanlarda artistləşmə gedir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ARB TV-nin “Günə davam” proqramının qonağı müğənni Nadir Qafarzadə olub.

Oxu.Az xəbər verir ki, müğənni hər sözünün qalmaqala səbəb olmasına belə anlam verib.

“Mənim də ixtiyarım çatır ki, hər hansısa mövzuya fikir bildirim. Çox maraqlıdır ki, orada 300 fikir bildirən varsa, 1 mənim fikrim qalmaqala səbəb olur. Hər hansı bir insanın sözü müzakirə olunursa demək ki, o, lazımlı insandı. Mən artıq öyrəşmişəm. Ağıllı ilə ağıllı kimi, gic ilə, gic kimi danışıram. Uşaqla uşaq, böyüklə böyük dilində danışıram. Hər cür insan görmüşəm”.

Nadir Qafarzadə “Instagram”da izləyicilərin qınağına səbəb olan çimərlikdəki şəklindən də danışıb.

“Əslində mən palto ilə çimməli idim. Şərf ilə getməli idim. Mentalitetə uyğun olaraq. “Instagram”ı açıb görürəm ki, ən abırlısı mənəm. Hamı soyunur. Kişili arvadlı soyunurlar. Əvvəl insanlar artsitlərə baxıb nəsə götürürdülər. İndi biz insanlardan nəsə götürürük. İnsanların hamısında artistləşmə gedir. Heç kim kitab oxumaq istəmir. İnsanların başına nə gəlirsə, savadsızlıqdan gəlir”.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri