Dek
2016
13:03
110
319
8002
Virtual karabakh

“Maşın” şou yenidən başlayır

5 Dek, 2016
13:03
8002

“Maşın” şou yenidən başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Murad Dadaşovun “Maşın” realiti-şousu yenidən başlayır. 

Oxu.Az xəbər verir ki, bu haqda şoumen Axşam.az-a açıqlamasında deyib.

O bildirib ki, veriliş haqda onlara çoxlu məktublar gəlir:

“Bir neçə gün əvvəl hələ bu qərarı verməmişdik. İki gün qabaq şirkətdə danışdıq və qərar verdik ki, “Maşın” şounu edək. Bizə həddindən çox məktub gəlir. Əminəm ki, bu dəfə daha dəhşətli olacaq. Bilmirəm məşhurlar olacaq, ya necə? İndi tanınmışlarla işləmirəm və mənə çox rahatdır (gülür)”.

ATV-də yayımlanan “Davam, ya tamam” verilişindən danışan M.Dadaşov onunla bir çox tamaşaçını efirə bağladığını söyləyib:

“Çox adam qalmaqal gözləyirdi. Amma onlara izah edirəm ki, bu layihədə qalmaqal yoxdur. Həm mən qalmaqaldan qaçan adamam. “Maşın” şouda belə, elə hadisələr yaşanırdı ki... Çoxları deyirdi, bunu ver reytinqlidir, vermirdim. Axı tamaşaçı buna görə bizi qınayacaq. “Davam, ya tamam” layihəsi ilə efirdən qaçan tamaşaçıları geri qaytaracam. Bəziləri qalmaqaldan yorulub, efiri izləmir. İndi onlar bizə baxırlar. Həm də indiki zəmanədə pul hamıya lazımdır. Bizdə isə pulsuz heç kim getmir. Ona görə də diqqət çəkirik”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri