Yan
2017
21:52
76
305
35640
Virtual karabakh

Repçi Anar Nağılbaz iş axtarır

4 Yan, 2017
21:52
35640

Repçi Anar Nağılbaz iş axtarır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşsizəm, satıcı da olsa işləməyə hazıram”.

“İşsizəm əziz dostlar, yəni daimi işdən gedir söhbət. Maraqlısı odur ki dünyanın hər bir yerində məni dövlət özü tanınmış insan kimi qəbul edib daimi ev və iş tapana qədər kompensasiya ilə təmin etməyə hazırdır”.

Oxu.Az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış reper Anar Nağılbaz bildirib. Onun sözlərinə görə, böyük iş təcrübəsi ola-ola, hazırda daimi iş tapa bilmir:

“Öz dövlətimdə 9 il televiziyalarda işləmişəm; AZTV-də böyük redaktor; İctimai TV-də telefilm departament direktor müavini; CTV-də (Lənkəran) baş musiqi tərtibatçısı, prodüser və rejissor; Bakı Mədəniyyət və Turizm idarəsi; Bakı gənclər və idman idarəsi; Ə. Vahid Mədəniyyət evində – müavin, Türkan Mədəniyyət Sarayı – bədii rəhbər; Qaraçuxur Mədəniyyət Sarayı – direktor müavini; 2000-2003-cü illər Qafqazın ən böyük prodüsser mərkəzinin böyüyü olmuşam. Ölkənin ən böyük (8.5 metr) kino kranı məndə olub.

Dövlət televiziyasından tutumuş, bütün kanallar həmin kranı bizdən kirayə götürürdü. Kənan MM, Rüfət Axundov, Hüseyn Dərya (rəhmətlik) kimi (və bir çoxları) sənətkarlar ordan sənətə vəsiqə alıb; Şəxsi işlərim; İncəsənət universitetinin yanında –“Dadlı Video” dönər kafem olub; ABŞ-da scrub (həkim və xəstə geyimlərini 200 hospitalda satmışam (yaxşı faizim olub); ABŞ-da qocalar evinin şəxsi şoferi olmuşam; ABŞ-da 8 ştatda və Avropada klublarda, kazinolarda, mədəniyyət ocağlarında həm konsertlər təşkil etmişəm. Eləcə də çıxışlar etmişəm; Bakıda ingilis dili müəllimi kimi də məktəb və litsey şagirdlərilə praktikam var”, – deyə Anar Nağılbaz bildirib.

Rep ustadı deyir ki, 2013-cü ildən bəri işsiz qalıb:

“2013, oktyabrın biri işimdən azad olmuşam (öz ərizəmlə, məcbur). Bununla bağlı hər yerə müraciət etmişə, ərizəmi Bakı Mədəniyyət və Turizm İdarəsinə göndəriblər. Onlar da bildiriblər ki, bir də müraciət etmə. Get Mədəniyyət Nazirliyində müsabiqə ver. Əvvəlki nazirimiz Polad Bülbüloğlu ilə də, indiki nazirimiz Əbülfəz bəylə də şəxsi görüşlərim olub. Deyiblər, sən tanınmış adamsan, toyların çoxdur. Demişəm elə deyil, rep milli musiqi deyil, ancaq elə klublarda oxuya bilirəm. Bizə işləməyən kinoteatrlardan birini verin, müasir musiqi klubu açaq”.

Anar Nağılbaz deyir ki, 2 övladı ilə birgə işsiz qalıb. İndi nə işi olur-olsun çalışmağa hazırdır:

“Satıcı da olsa işləməyə hazıram. Ölkəmi tərk etmək fikrim yoxdur. Ciddi, normal, daimi iş olsa dostlarıma qoşula bilərəm! İşlədiyim bütün yerlərdə iş yerimin qanun-qaydasına uyğun işləmişəm! Özünüzdən muğayat olun! Allah əmanətində! Amin!”

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri