Yan
2017
10:17
13
107
4642
Virtual karabakh

Tolik: Süni mayalanma ilə uşaq sahibi olacağam

7 Yan, 2017
10:17
4642

Tolik: Süni mayalanma ilə uşaq sahibi olacağam

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ailə qura bilməsəm, gedəcəyəm Türkiyədə süni mayalanma ilə uşaq sahibi olacağam”.

Oxu.Az AzNews.az-a istinadla xəbər verir ki, bunu prodüser Tarix Əliyev (Tolik) rejissor Nail Naiboğlunun “Stop” layihəsində deyib.

O, şou-biznes nümayəndələri kimi ailə qurmaq istəmədiyini dilə gətirib:

“Atam xəstəxanada əməliyyat olanda dedi ki, nəvəm olsaydı, yanımda qalardı. Pis oldum. Evə gedib ağladım. Öz-özümə düşündüm ki, mən atamı aldada bilmərəm. Mən həyat qursam, bir dəfə quracağam. Biznes əhli kimi deyiləm, 1000 nəfər çağırım, toy edim, pul yığım, səhər çıxıb gedim, haradasa gəzim, 3 aydan sonra deyim ki, bizimki düz gəlmədi. Mən kiminsə qızını bədbəxt edib, kimisə aldada bilmərəm.

Elə bir insanla ailə qurmalıyam ki, o, məni olduğum kimi qəbul etsin. 19 yaşında olan qızla evlənib, onu bədbəxt edə bilmərəm. Onun dünyaya baxışı ilə mənim dünyagörüşüm arasında fərq çoxdur. Ailə qura bilməsəm, gedəcəyəm Türkiyədə süni mayalanma ilə uşaq sahibi olacağam”.

Tarix Əliyev süni mayalanma yolu ilə dünyaya gələcək uşağı Azərbaycana gətirib burada böyüdəcəyini qeyd edib:

“Biləcəm ki, o, mənim uşağımdır. Onu Azərbaycanda xoşbəxt, firavan yaşadacağam”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri