Yan
2017
19:05
19
58
9603
Virtual karabakh

Günay Musayevanın dəbdəbəli evi – FOTO + VİDEO

9 Yan, 2017
19:05
9603

Günay Musayevanın dəbdəbəli evi – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ARB TV-nin “Türk şou-maqazin” verilişində Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın bir gününü necə keçirməsi ekrana gətirilib.

Oxu.Az xəbər verir ki, verilişin çəkiliş komandası Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı bu həftəki buraxılışda qardaş ölkə olan Türkiyədə fəaliyyət göstərən məşhurlarımızla görüşüb. 

Dəbdəbəli evinin qapılarını ARB TV-yə açan Günay Musayeva da öz növbəsində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib.

Günay Musayeva oğlu Cihangir ilə tamaşaçıları tanış edib. Daha sonra mətbəxə keçərək yemək bacarığını nümayiş etdirən Günay dadlı yeməklər bişirib. 

Evlə tanışlıqdan sonra Günay idmanla məşğul olmaq üçün salona yollanıb. İdman müəlliminin nəzarəti altında idman edən Günay günaşırı olaraq bununla məşğul olduğunu bildirib.

Qeyd edək ki, Türkiyənin tanınmış qəzetlərində də veriliş haqda xəbərlər yayımlanıb. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri