10 
Yan
2017
11:56
23
57
4861
Virtual karabakh

İlham Mirzəyev xanımı ilə qonaqlıqda – FOTO

Keçmiş aparıcı İlham Mirzəyev Əməkdar artist Elza Seyidcahanın nəvəsinin qonaqlığında görüntülənib. 

Oxu.Az-ın Axşam.az-a istinadla məlumatına görə, İ.Mirzəyev gecəyə xanımı ilə birlikdə qatılıb. 

Keçmiş aparıcı əməkdaşımızla söhbətində bildirib ki, bir müddət işləmək istəmir:

“Hələ iş haqda düşünmürəm, övladlarımla məşğulam. 23 il televiziya sahəsində çalışdım. Bu müddət ərzində ailəmə vaxt ayırmağa imkanım olmayıb. İndi baxıram ki, yaş ötür, mənimsə onlara ayıracaq zamanım olmayıb. Bütün günü evdə oluram, yeyib-yatıram. Övladlarımın təhsili ilə maraqlanıram. Hər evə kişi lazımdır, kişisiz ailə heç nədir”.

“Həbsdən sonra iş tapmaq çətin olmayıb?” sualına İ.Mirzəyev belə cavab verib:

“İşlə bağlı heç bir telekanala müraciət etməmişəm, heç etmərəm də. Məni sevən insanlar çoxdur. Küçədə harasa gedəndə o qədər adam yaxınlaşır, sevgisini bildirir ki... Bunlar mənim üçün bəsdir. Allah sevənlərimi şərdən qorusun”.

Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunmuşdu. Aparıcı ötən ilin iyununda azadlığa çıxıb.

A.S.
www.oxu.az

Digər Şou-biznes xəbərləri