10 
Yan
2017
18:30
13
80
2746
Virtual karabakh

Tanınmış müğənni: Pişiyim öləndə intihar etməyi düşündüm – VİDEO

10 Yan, 2017
18:30
2746

Tanınmış müğənni: Pişiyim öləndə intihar etməyi düşündüm – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış müğənni və “Kelebek - Hürriyet”in köşə yazarı Ömür Gedik “Kanal D”də yayımlanan “Rəngli səhifələr” proqramının qonağı olub. O, verilişdə verdiyi açıqlamaları ilə izləyiciləri təəccübləndirib.

Oxu.Az xəbər verir ki, Ö.Gedik yol qəzası nəticəsində ölən çox sevdiyi pişiyi Kaliko haqqında danışıb.

“Onu yolun ortasında yerdə yatarkən gördüm. Əvvəlcə oyun oynadığını zənn etdim. Əzilməsin deyə onu yoldan götürməyə gedərkən, yaxınlaşdıqca başından qan axdığını gördüm. Dərhal qucağıma alıb yaxınlıqda olan baytara getdim. Tibbi müdaxilə olundu. 5 dəqiqə sonra Kalikonu mənə gətirdilər və öldüyünü söylədilər. Çox kədərləndim, çox ağlamışdım. Onu evimizin bağçasında basdırdıq”,- deyə o bildirib.

“Bunu söyləmək nə dərəcədə doğrudur, bilmirəm, amma bir ara ona qovuşacağam deyə intihar etməyi düşündüm. Çox çətin zamanlar keçirdim”, -deyə ifaçı sözlərinə əlavə edib.
 
O,  “Ölümsüz aşk” adlı mahnısını pişiyi Kaliko üçün yazdığını vurğulayıb.

 

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri