12 
Yan
2017
12:14
15
284
4610
Virtual karabakh

Fransalı müğənni “Reina” qətliamını ələ saldı – VİDEO

12 Yan, 2017
12:14
4610

Fransalı müğənni “Reina” qətliamını ələ saldı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransız müğənni Frederic Fromet Yeni il gecəsi İstanbulda baş verən terror hadisəsinə mahnı həsr edib.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Fromet məşhur “Makarina” mahnısının sözlərini dəyişdirərək qətliamı ələ salıb.

Radio verilişində qonaq olan sənətçi musiqini canlı ifa etməyə başlayıb. Qonaq olan şəxslər isə ifa zamanı gülüblər.

Mahnının sözlərində “Bombalama hərəkəti İstanbulda çox gözəl keçir. Hələ “Reina”da... Əgər terrorda bizdən biri ölübsə, problem var . Yoxdursa, bizim üçün problem deyil.

Türklər ağlamalı gözəl bir Yeni il keçirdi. İsti diskotekada oynayarkən bomba partladı və hamısı öldü. Gözəl bir Yeni il... Suriyadasınız, amma öz dərdinizlə məşğul olun” kimi ifadələr işlədilib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri