14 
Yan
2017
14:37
27
29
3258
Virtual karabakh

Elvis Preslinin ev muzeyi əyləncə mərkəzinə çevriləcək – FOTO

14 Yan, 2017
14:37
3258

Elvis Preslinin ev muzeyi əyləncə mərkəzinə çevriləcək – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfsanəvi musiqiçi Elvis Preslinin ABŞ-da yerləşən “Qreyslend” ev muzeyində əyləncə mərkəzi açılacaq.

Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, əyləncə mərkəzinin 19 min kv.m. ərazisində sərgi zalları, görkəmli müğənniyə həsr olunan muzey, onun avtomobillərindən ibarət qalereya, iki restoran, kinoteatr və 2000 yerlik konsert zalı fəaliyyət göstərəcək. Bu, “Qreyslend”in turistik abidə kimi inkişafına yönəldilmiş 140 milyon dollarlıq layihənin bir hissəsidir. Əyləncə mərkəzinin açılışı martın 2-də baş tutacaq.

Qeyd edək ki, “Qreyslend” 1977-ci ildə Preslinin ölümündən sonra muzeyə çevrilib. Bu məkan ABŞ-da “Ağ ev”dən sonra turistlər tərəfindən ən çox ziyarət olunan ikinci yerdir. İl ərzində “Qreyslend” 600 mindən çox ziyarətçi qəbul edir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri