14 
Yan
2017
12:40
70
403
43590
Virtual karabakh

Kamil Zeynallı aparıcını təhqir etdi – VİDEO

14 Yan, 2017
12:40
43590

Kamil Zeynallı aparıcını təhqir etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Toy olmayacaq” verilişinin aparıcısı Şəbnəm Hüseynova sosial şəbəkədə məşqçi Kamil Zeynallını tənqid edib.

Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, aparıcı təyyarədə özünü qeyri-etik aparan azərbaycanlılardan utandığını qeyd edib:

“Hər dəfə təyyarədə və aeroportda bizim bəzi insanların bu tip davranışlarına görə boyumu az qala yerə soxuram!”.

K.Zeynallı isə təyyarədə etdiyi zarafatın çox normal olduğunu ifadə edib:

“Kimliyindən asılı olmayaraq, hər bir insan birinci öz keçmişinə baxar, sonra isə başqaları haqqında nəsə münasibət bildirər. Əcəb eləmişəm, hərəkətimin arxasında dayanıram. Ümumiyyətlə, mən Şəbnəmi tanımıram. O, kimdir və haranın ..., mənim haqqımda belə sözlər yazmaq ixtiyarını özündə tapır?”.

Sayt bildirir ki, K.Zeynallı Şəbnəm Hüseynovanın ünvanına sərt ifadələr işlətdiyindən onlar yazıda qeyd edilməyib.

Ş.Hüseynova isə sosial şəbəkədəki paylaşımında K.Zeynallını məhkəməyə verəcəyini qeyd edib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri