15 
Yan
2017
10:04
56
208
16234
Virtual karabakh

Azərbaycanlılar “O səs Türkiyə”dən belə ayrıldı – VİDEO

15 Yan, 2017
10:04
16234

Azərbaycanlılar “O səs Türkiyə”dən belə ayrıldı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

TV8-də yayımlanan “O səs Türkiyə” müsabiqəsinin ikinci tur mərhələsi davam edir.

Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, iştirakçıları qruplaşdıraraq öncə onlar arasından ikisini seçərək duelə çıxaran münsiflərdən Gökhan-Hakan qardaşları növbəti dəfə seçim edib.

Onların 6 nəfərlik qrupunda Gülpəri Evliyaoğlu, Erdal Bayraqoğlu ilə yanaşı azərbaycanlı iştirakçılar Zerrin Mahmudoğlu, İlham Nəzərov, Gülşən İbadova və Zülfü Əsədzadə yer alıb.

Qardaşlar duelə çıxmaq üçün Erdal Bayraqoğlu ilə Gülpəri Evliyaoğlu seçib. Dörd azərbaycanlı iştirakçı ikinci tura keçməyib.

Qeyd edək ki, müsabiqədən uzaqlaşdırılan azərbaycanlı iştirakçılar bir müddət öncə mətbuata açıqlama verərək onlara qarşı haqsızlıq və qərəz olduğunu bildirmişdi.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri