16 
Yan
2017
11:04
87
16
3707
Virtual karabakh

Turan İbrahimov evlilik verilişinə qatılan həmyerlilərimizi tənqid etdi

16 Yan, 2017
11:04
3707

Turan İbrahimov evlilik verilişinə qatılan həmyerlilərimizi tənqid etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aparıcı Turan İbrahimov Türkiyə telekanallarındakı evlilik verilişinə qatılan azərbaycanlı gəncləri tənqid edib.

Oxu.Az-ın baku.ws-ə istinadla xəbərinə görə, teleaparıcı bildirib ki, onlar həm özlərini, həm də Azərbaycanı biabır edirlər.

“Türkiyə kanallarındakı evlilik verlişlərinə çıxan şit davranışları, yersiz söz-söhbətləri ilə mentalitetimizə xələl gətirən azərbaycanlı oğlan və qızların ora getmələrini necə dayandıraq? Bu, mümkündürmü? Şəxsən mən onları oralarda görəndə çox utanıram, pərt oluram. Öz telekanallarımızdakı bu formatlı verilişləri tənqid etdik, yıxdıq-sürüdük və bağladılar. MTRŞ bir tədbir gördü və yayımları dayandırıldı. Nə dəyişdi? Həmin verilişə baxan tamaşaçı indi də Türkiyə kanallarını izləyir. Həmin auditoriyanı itirdik. Amma oğlanlarımız və qızlarımız bizi yenə də rəzil etməyə davam edirlər. Həm də bu dəfə öz yanımızda yox, 79 milyonluq Türkiyədə. Belə çıxır ki, həmin verilişlərin yerli formatlarını bağlamaq səhv idi. Çünki həm biabır olmağa davam edirik, həm də yerli tamaşaçını o saatlarda itiririk”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri