16 
Yan
2017
15:14
76
483
11100
Virtual karabakh

Kamil Zeynallı: Nə məhkəmədən, nə də polisdən qorxuram

16 Yan, 2017
15:14
11100

Kamil Zeynallı: Nə məhkəmədən, nə də polisdən qorxuram

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşqçi Kamil Zeynallı aparıcı Şəbnəm Hüseynova ilə arasında yaşanan qalmaqala münasibət bildirib.

Oxu.Az xəbər verir ki, K.Zeynallı sosial şəbəkədə bunları yazıb:

“Səhər xanımın özü mənə zəng vurmuşdu ki, söhbətə aydınlıq gətirək. Danışdı, səsindən hiss etdim ki, sözlərimə görə pis olub. Mən də onun rəhmətə gedən valideynlərini bilmədən təhqir etmişəm, üzr istədim. Özünü tanıyan insan mənim kimi edərdi. Amma mən nə məhkəmədən, nə də başqa bir şeydən çəkinməmişəm. Allaha and olsun ki, heç kimdən çəkinmirəm, lazım olsa çıxaram çiyninə, qulağına deyərəm. 

Kimsə mənim haqqımda paylaşım etsə, kişi olsa, döyərəm, qadın olsa, sözümü deyərəm. Məhkəmə yox, türməyə belə salsalar, dediyimdən dönən deyiləm. Başqa heç kimdən üzr istəməmişəm. Yenə deyirəm, nə məhkəmədən, nə də polisdən qorxuram. Dediyim sözün ağasıyam. Arxamca danışan insanın isə hər şeyini söyürəm”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri