17 
Yan
2017
17:02
9
27
2172
Virtual karabakh

Viktoriya Bekhem “Spice Girls” qrupunun yenidən bir araya gəlməsinə qarşı çıxıb

17 Yan, 2017
17:02
2172

Viktoriya Bekhem “Spice Girls” qrupunun yenidən bir araya gəlməsinə qarşı çıxıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyanın məşhur “Spice Girls” qrupunun üzvü Viktoriya Bekhem qrupun yenidən bir araya gəlməsi üçün hazırlanmış turnenin təxirə salınmasına səbəb olub.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Viktoriyanın qrupun digər üzvlərinə köhnə mahnıları ifa etməyi qadağan etməsi təşkilatçılar tərəfindən birmənalı qarşılanmayıb.

Qrup üzvləri vəkili vasitəsilə hüquqi yollara baş vuran Viktoriyanın bu hərəkətindən sonra çox məyus olublar. Onun fikrincə, qrup yeni mahnılarla bərabər köhnə mahnıları da səsləndirərsə, bu, onların imicinə zərbə vura bilər. Bir il öncə isə Viktoriya qrupun yenidən bərpa olunmasına qarşı kəskin etirazını şəxsi işlərinin çoxluğu ilə əlaqələndirib.

Qeyd edək ki, 2008-ci ilədək fəaliyyət göstərmiş qrup dünyanın ən məşhur qız pop-qruplarından biri olub. Kollektiv Mel Bi (Melani Braun), Viktoriya Bekhem, Cerri Holliuell, Mel Si (Melani Çisxolm) və Emma Bantondan ibarət olub. Sonuncu dəfə “Spice Girls” qrupu “London-2012” Yay Olimpiadasında tam heyətlə çıxış edib.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri