17 
Yan
2017
22:07
10
71
9743
Virtual karabakh

Aktrisa dünyasını dəyişən oğlundan danışdı – FOTO

17 Yan, 2017
22:07
9743

Aktrisa dünyasını dəyişən oğlundan danışdı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Nəsibə Eldarova dünyasını dəyişən oğlundan danışıb. 

Oxu.Az Milli.Az-a istinadla xəbər verir ki, aktrisa  hələ də onun ölümünə inanmadığını deyib.

“Həyat yoldaşım Hüseynağa Atakişiyevin vəfatından sonra oğlumun itkisi ilə sarsıldım. Mən hələ də onun ölümünə inana bilmirəm. 3 ildir ki, o, dünyasını dəyişib, amma hələ ki, mən o 3 ildəyəm. Oğul itirmək böyük dərddir, Allah heç bir valideyni övlad itkisi ilə sınağa çəkməsin. Ümumiyyətlə, çox gözəl bir ailəmiz var idi, elə bil ki, bir tufan gəldi, hər şeyi vurdu, apardı. Arxaya qalan isə daş-qalaq oldu. Artıq təkliyə alışmışam”.

Qeyd edək ki, Nəsibə Eldarova Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin həyat yoldaşı olub. Onun oğlu Rüfət Nağıyev isə uzun sürən xəstəlikdən sonra 2013-cü ildə dünyasını dəyişib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri