17 
Yan
2017
17:33
362
47
13047
Virtual karabakh

“Recep İvedik - 5” ilə bağlı millət vəkilindən etiraz – VİDEO

17 Yan, 2017
17:33
13047

“Recep İvedik - 5” ilə bağlı millət vəkilindən etiraz – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Necdet Ünüvar “Recep İvedik - 5” filmində yer alan türk və azərbaycanlı boksçuların döyüş səhnəsinə görə narahat olduğunu bildirib.

Oxu.Az AzVision.az-a istinadla xəbər verir ki, “Anadolu” agentliyinə açıqlama verən deputat Şahan Gökbakar və filmin yaradıcı heyətinə həmin səhnənin çıxarılması üçün məktub yazacağını deyib.

“Filmdə bir boks səhnəsi var. Orada dialoq və mübarizə əks olunur. Mən oradakı şişirdilmiş dialoq və səhnələrdən narahatam. Fraqmenti izləyən Azərbaycandakı dostlarım mənimlə əlaqə saxlayaraq narazılıqlarını bildiriblər”, - deyə o bildirib.

Millət vəkili iki ölkə arasında mövcud münasibətlərə toxunaraq bildirib ki, bir film səhnəsi ilə dostluğumuz pozula bilməz:

“Nə üçün hər hansı filmdə bir-birimizi narahat edəcək dialoq, epizod olmalıdır? Məqsədiniz güldürmək ola bilər, bəlkə buna bir-iki nəfər gülə də bilər, amma təəssüf hissi keçirənlərin sayı daha çoxdur.

Azərbaycanlı idmançı çempion olunca, türk tamaşaçılar Azərbaycan bayrağını dalğalandırmaqdan, türk idmançı çempion olanda da azərbaycanlı tamaşaçılar da Türkiyə bayrağını dalğalandırmaqdan sevinc duyarlar. Bizim öyrəşdiyimiz səhnə budur”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri