18 
Yan
2017
16:24
19
60
5550
Virtual karabakh

Məşhur model: Müəllimim mənə təcavüz etdi

18 Yan, 2017
16:24
5550

Məşhur model: Müəllimim mənə təcavüz etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyalı model Daniel Lloyd iştirak etdiyi verilişdə müəllimi tərəfindən zorlandığını və bununla da həyatının alt-üst olduğunu deyib.

Oxu.Az-ın Axşam.az-a istinadən məlumatına görə, sonradan narkotik aludəçisi olan 33 yaşlı model özünü öldürmək istədiyini bildirib.

“13 yaşımda olarkən məktəbdə dostlarımla birgə gəzintiyə getmişdim. Gecə müəllimlərimdən biri mənə təcavüz etdi. Sonrakı illərdə də başıma gəlməyən qalmadı. Dəfələrlə təcavüzə məruz qaldım. Hətta, keçmiş sevgilim məni stulla vurdu. Narkotikə qurşandım. Bir gecə spirtli içki içib, narkotik qəbul etdikdən sonra bu vəziyyətdə yaşaya bilməyəcəyimi düşünüb, özümü balkondan atmaq istədim”.

Qeyd edək ki, Lloyd 2004-cü ildə İngiltərə, 2006-cı ildə isə Britaniya gözəli seçilib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri