18 
Yan
2017
14:28
559
57
13588
Virtual karabakh

Kamil Zeynallı polis şöbəsinə çağırıldı

18 Yan, 2017
14:28
13588

Kamil Zeynallı polis şöbəsinə çağırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İdmançı Kamil Zeynallı polis şöbəsinə çağırılıb.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında jurnalist Əfruzə Ağayeva məlumat verib.

Şikayətçi bildirib ki, K.Zeynallı onu “Instagram” hesabında təhqir edib və o, həmin gün polisə müraciət edib.

Ə.Ağayeva müraciətinin ardınca Nəsimi Rayon Polis Şöbəsində izahat yazıb. Bundan sonra idmançı şöbəyə çağırılıb və ifadəsi alınıb.

Məsələ ilə bağlı “Qafqazinfo”ya jurnalistin vəkili Vüqar Səfərli də danışıb:

“Jurnalist Əfruzə Ağayeva özü Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib və izahatını verib. Mən işin məhkəmə tərəfində jurnalistə kömək edəcəyəm. Kamil Zeynallının hansı ifadəni verdiyini qeyd edə bilmərik. O ki qaldı Əfruzə Ağayevanın tələbinə... Əfruzə xanım şərəf-ləyaqətin müdafiəsi və onun ünvanına Kamil Zeynallı tərəfindən edilən təhqir, söyüş xarakterli məlumatların (yazıların) təkzib edilərək, onun tərəfindən müvafiq olaraq “Instagram” hesabında və KİV-də üzr istəməsi tələbi ilə məhkəməyə müraciət edib.

Bu xüsusatı da vurğalamaq istəyirəm ki, Kamil Zeynallı Əfruzə Ağayevanın mobil nömrəsinə hədə-qorxu dolu mesajlar yazaraq onu təhdid edib. Buna görə də hazırda jurnalist Əfruzə Ağayevanın həyat və sağlamlığı ciddi təhlükədədir. Onsuz da xanım kifayət qədər stress içindədir və hazırda həkim nəzarətindədir”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri