19 
Yan
2017
09:29
52
159
10641
Virtual karabakh

Kamil Zeynallını hansı cəza gözləyir? – VİDEOŞƏRH

19 Yan, 2017
09:29
10641

Kamil Zeynallını hansı cəza gözləyir? – VİDEOŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış müğənni Gülay Zeynallının həyat yoldaşı, idmançı Kamil Zeynallının sosial şəbəkələrdə yayılan videosu geniş müzakirələrə səbəb olub.

Oxu.Az femida.az-a istinadla xəbər verir ki, onun işlətdiyi “Bu qədər qadınları söymüşəm, amma nəsillərində bir nəfər kişi yoxdur ki, qabağıma çıxsın. Çünki onların nəsillərində kişi yoxdur. “Instagram”da yazan kişilər də qeyrətsiz və şərəfsizdilər” kimi ifadələr sosial şəbəkə istifadəçilərinin ciddi etirazı ilə qarşılanıb.

Vəkil Anar Qasımlı hesab edir ki, sözügedən videoda təhqiramiz ifadələr səslənir:

“Təhqir dedikdə, şəxsiyyətin şərəf və ləyaqətinin qəsdən alçaldılması başa düşülür. Cinayət hüququnda təhqir bundan ibarətdir. Sözügedən videoda müəyyən təhqiramiz ifadələr səslənir, lakin konkret ünvan göstərilmir. Yəni, tamaşaçı konkret kiminsə təhqir olunmasından nəticə çıxara bilmir. Ola bilsin, kimsə özünün təhqir olunduğunu nəzərdə tutur. Bu artıq başqa məsələdir. Belə olan halda şəxsin xüsusi ittiham qaydasında məhkəmədə şikayət qaldırmaq hüququ var.

Təbii ki, iş üzrə son söz məhkəmənindir. Yəni, məhkəmə müvafiq ekspertizalar təyin etməklə səslənən fikirlərin insan şərəf və ləyaqətinin alçaldıb-alçalmayacağını təyin edəcək. Bundan sonra həmin fikirlərin kimə aid olduğunu aydınlaşdıracaq. Deməzdim ki, həmin ifadələr kimisə cinayətə sövq edir. Görünür ki, sözügedən şəxs video vasitəsilə kimlərəsə aqressiv cavab verir. Lakin burada cinayətə sövq etməkdən söhbət belə gedə bilməz”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri