21 
Yan
2017
12:15
28
199
10726
Virtual karabakh

Şəbnəm Tovuzlu: Boşandım, müğənni oldum, 5 aya avtomobil aldım – VİDEO

21 Yan, 2017
12:15
10726

Şəbnəm Tovuzlu: Boşandım, müğənni oldum, 5 aya avtomobil aldım – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Şəbnəm Tovuzlu “Evgördü” verilişinin qonağı olub.

Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, o, proqramda maraqlı açıqlama verib. 

Şəbnəm ailəsindən və sənətə gəlişindən söz açıb:

“Bu sənəti seçəndə təkcə atam mənim yanımda idi. Anam və qohumlarım müğənni olmağıma qarşı çıxırdı. Əmiuşaqlarım, xalauşaqlarım müğənni olmağımı istəmirdilər. Evlənib boşanandan sonra rayona getmədim, Bakıda qaldım. Qızım üçün gələcək qurmaq istəyirdim.

Müğənniliyə başladım. Ayaqlarım üstündə durmağa çalışdım. Tacir müəllim çox sağ olsun, kömək edirdi. Toylarım gəlməyə başladı. Artıq 5 aya avtomobil aldım. Avtomobilə çox marağım var. İldə bir avtomobil dəyişirdim. İndiki avtomobilim 8-cidir. 10 ildir avtomobil idarə edirəm”.

A.S.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri