23 
Yan
2017
12:26
118
24
5107
Virtual karabakh

Madonnadan Trampa qarşı geri addım: Fikirlərim konteksdən çıxarılıb

23 Yan, 2017
12:26
5107

Madonnadan Trampa qarşı geri addım: Fikirlərim konteksdən çıxarılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış müğənni Madonna ABŞ prezidenti Donald Trampa qarşı səsləndirdiyi və böyük qalmaqala səbəb olan çıxışının konteksdən çıxarıldığını bildirib.

Oxu.Az AzNews.az-a istinadla xəbər verir ki, ABŞ-ın 45-ci prezdentinin inauqurasiya mərasimindən sonra “Qadınların marşı” adlanan etiraz aksiyası keçirilib. Aksiyada çıxış edən Madonnanın “Ağ Evi partlatmaq haqqında çox düşünmüşəm” fikri onun tənqid atəşinə tutulmasına səbəb olub.

Müğənni fikrinin düzgün anlaşılmadığını və konteksdən çıxarıldığını qeyd edib:

“Mən bəzi şeylərə aydınlıq gətirmək istəyirəm. Mən qəddar insan deyiləm, zorakılığı təbliğ etmirəm. İnsanların konteksdən çıxarılan bir fikri deyil, nitqimi tam eşitmələri və anlamaları vacibdir.”

Madonna baş verənlərə iki nəzər-nöqtəsindən baxmaqla metaforla danışdığını qeyd edib:

“Birincisi, ümid etməkdir, digəri isə qəzəb və hiddət hiss etmək – hansını ki, mən hiss edirdim. Mən bilirəm ki, qəzəblə həyata keçirilən fəaliyyət heç nəyi dəyişmir. Hər şeyi yaxşıya doğru dəyişməyin tək yolu isə sevgidir. “Biz sevgini seçirik” şüarını səsləndirən tamaşaçının bir hissəsi olmaq, həqiqətən də, qürurverici idi”.

ABŞ prezidenti Donald Trampın inauqurasiya mərasimi yanvarın 20-də keçirilib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri