23 
Yan
2017
15:30
47
177
14368
Virtual karabakh

Müflis olduqları deyilən müğənnilərdən açıqlama

23 Yan, 2017
15:30
14368

Müflis olduqları deyilən müğənnilərdən açıqlama

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu məlumatı yazanın bütün əzizləri, yaxınları, doğmaları, nəsil-nəcabəti müflis olsun”.

Oxu.Az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında müğənni, Əməkdar artist Ədalət Şükürov devalvasiyadan sonra müflis olan müğənnilərlə bağlı yayılan xəbərlərə münasibətində deyib.

Müğənni turizm şirkətinin 8 il bundan əvvəl bağlandığını bildirib:

“Mənim turizm şirkətim olub. Amma o şirkət düz 8 il bundan əvvəl bağlanıb. Bunun devalvasiya ilə nə əlaqəsi? Bunlar da yoxlamamış yazıblar ki, Ədalət Şükürov müflis olub. Onu yazanın bütün əzizləri, yaxınları, doğmaları, nəsil-nəcabəti müflis olsun”.

Müğənni Nadir Qafarzadənin köməkçisi Bəşir Xıdırov devalvasiyadan sonra onun bağ evini satdığını təsdiq edib:

“Nadirin bağ evi vardı. Oğlu xaricdə təhsil alır. Onun təhsil haqqı çox yüksəkdir. Bu səbəbdən bağ evini satdı. Oğlu sonuncu kursda oxuyur”.

Meyxana ifaçısı Namiq Qaraçuxurlunun köməkçisi Rafael Abdullayev sənətçinin ayaqqabı mağazasının fəaliyyət göstərdiyini vurğulayıb:

“Namiq Qaraçuxurlunun ayaqqabı mağazası var. Hazırda həmin mağaza fəaliyyət göstərir, yəni, bağlanması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Sadəcə, həmin mağazaya mal gətirilmir, hələ ki bunu dayandırıblar”.

Qeyd edək ki, yerli mətbuatda devalvasiyadan sonra Əməkdar artist Ədalət Şükürov, meyxana ifaçısı Namiq Qaraçuxurlu, müğənni Nadir Qafarzadə, Rəqsanə, Zamiq Hüseynov kimi məşhurların müflis olması ilə bağlı xəbər yayılıb.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri