23 
Yan
2017
19:12
19
68
7956
Virtual karabakh

Aparıcı Lətafət Ələkbərova: Ərim mənə xəyanət etdi – VİDEO

23 Yan, 2017
19:12
7956

Aparıcı Lətafət Ələkbərova: Ərim mənə xəyanət etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir az gec ailə qurdum. Uğursuz ailə həyatı oldu. Qızımın artıq bir yaşı olanda ayrıldıq. 2 il ərzində get-gəllər çox oldu. İstəmirdim ailəm dağılsın. Gördüm ki, olmur. Heç bir qadın ailəsinin dağılmasını istəməz. Özüm seçdim, özüm ayrıldım”.

Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu sözləri aparıcı Lətafət Ələkbərova  “Gəlin danışaq” verilişində qonaq olarkən deyib. 

Aparıcı həyat yoldaşından xəyanətə görə ayrıldığını bildirib:

“Ərim mənə xəyanət etdi. Məsuliyyətsiz idi. Hazırda övladı ilə görüşmür. Nə qızım onu, nə də o, qızını görmək istəyir. Ona görə fədakarlıqlar etmişəm. Bu mənim ən mənfi cəhətimdir. Bu ayrılıq sevgiyə inamsızlıq yaratdı. Sevgi əmək istəyir, qurban istəyir. Qadın xəyanəti bağışlamır. Uşaqların, yaşananların xətrinə bəzi hallara dözürsən, amma xəyanətə dözmək olmur. Qohumlarım, ailəm ayrılmağımızı istəmirdi. Sonra peşman oldum. Kaş uşağım üçün hər şey yaxşı olardı, atası ilə böyüyərdi”.

L.Ələkbərova yenidən ailə qurması ilə bağlı suallara belə cavab verib:

“Bəzi ağzıgöyçəklər deyir ki, bunu heç kim almır. Mən öz övladımı düşündüyüm üçün ərə getmədim. Qızımı övladı kimi sevən, ona güvənə biləcəyim insan olsa, o zaman razılaşaram. Qızıma qarşı həssas və qısqancam”.

A.S.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri