24 
Yan
2017
10:01
65
259
29633
Virtual karabakh

Jurnalistləri təhqir edən Kamil Zeynallının həyat yoldaşı efirdə ağladı – VİDEO

24 Yan, 2017
10:01
29633

Jurnalistləri təhqir edən Kamil Zeynallının həyat yoldaşı efirdə ağladı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Gülay Zeynallı ATV telekanalında yayımlanan “ATV maqazin 10larla” verilişinə maraqlı açıqlamalar verib.

Oxu.Az BAKU.WS-ə istinadla xəbər verir ki, verilişin rubrikasına uyğun olaraq Gülay Zeynallının uşaqlıqdan bu günə kimi keçdiyi həyat yolu haqqında süjet hazırlanıb.

Çəkiliş heyəti müğənninin evində qonaq olub. Atası ilə anası hələ Gülay uşaq ikən ayrıldığından onun baba himayəsində böyüdüyü, buna görə də babasına çox bağlı olduğu ortaya çıxıb. Dünyasını dəyişən babasından danışan zaman isə Gülay göz yaşlarını saxlaya bilməyib. Verilişin çəkiliş komandası ilə birlikdə müğənni babasının məzarını ziyarət edib.

Qeyd edək ki, Gülay Zeynallı qalmaqallı idmançı Kamil Zeynallının həyat yoldaşıdır. Bir müddət əvvəl Kamil Zeynallı jurnalistləri təhqir etdiyi üçün polis bölməsinə çağırılıb və “Instagram” səhifəsini bağlayıb. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri