Fev
2017
11:43
30
151
7174
Virtual karabakh

İlhamə Quliyevanın oğulluğu Mehriban Hüseynovadan danışdı

9 Fev, 2017
11:43
7174

İlhamə Quliyevanın oğulluğu Mehriban Hüseynovadan danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərhum Xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın azadlığa buraxılması sənətkarın yaxın qohumlarının ürəyincə olmayıb. Xalq artistinin bacısı yerli mediaya açıqlama verərək bu xəbərdən narahat olduğunu bildirib.

Oxu.Az İstipress-ə istinadən xəbər verir ki, sənətkarın oğulluğu Orxan Nadirov Mehriban Hüseynovanı bağışladığını açıqlayıb:

“Məhkəmədə də demişəm. Mənim ona qarşı heç bir kinim yoxdur. Mən onu bağışlamışam. Allah bağışlayandırsa, mən nə karəyəm. Allah köməyi olsun. Əsas odur ki, cəzası nə idisə, onu çəkdi”.

O.Nadirov, həmçinin haqqında gəzən “Mehriban çıxdısa, Orxan həbs olunacaq” kimi söz-söhbətlərə də aydınlıq gətirib: 

“Niyə məni həbs etməlidirlər? Bu fikirlər anamın sağlığından gəzir. Əgər mən həbs olunmalı idimsə, bu məsələni prokurorluq araşdırırdı. Nəyi gözləyirdilər? Mənim günahım olsaydı, çoxdan həbs olunardım. Mən belə boş sözlərə əhəmiyyət vermirəm”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri