15 
Mar
2014
13:07
193
393
41841
Virtual karabakh

Hüseyn Dərya öldü

15 Mar, 2014
13:07
41841

Hüseyn Dərya öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, xəstəxanada dünyasını dəyişib.

Yol qəzasına düşən Azərbaycanın tanınmış reperi Hüseyn Dərya vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya 3 saylı şəhər Klinik Xəstəxanasından bildirilib.

Məlumata görə, Hüseyn Dərya yarım saat əvvəl dünyasını dəyişib.

Qeyd edək ki, ötən gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, tanınmış reper Hüseyn Dəryanın idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı “Opel Astra” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpılıb.

Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri