15 
Fev
2017
18:25
122
349
21047
yuxarı
Rus modelinindən başgicəlləndirən FOTOSESSİYA + VİDEO
15 Fev, 2017
18:25
21047
122
349
Rus modelinindən başgicəlləndirən FOTOSESSİYA + VİDEO
Rus model Viktoriya Odintsova hər hansı bir təhlükəsizlik tədbiri almadan Dubay göydələnindən sallandığı fotosessiya çəkilişi səbəbiylə çox ağır tənqidlərə məruz qalıb. Sankt-peterburqlu 22 yaşlı model altı həftə öncə İnstagram hesabı üçün çəkdiyi foto və videoları paylaşmağa başlayıb.
Oxu.Az milli.az-a istinadən xəbər verir ki, Odintsova son paylaşımında: “Hələ də bunu etdiyimə inana bilmirəm. Videonu hər izlədiyimdə ovuclarımın içi tərləyir”, - qeydlərini edib.
Odintsovanın sözügedən görüntüləri bir milyondan çox izlənilib.
Lakin 3 milyondan çox təqibçisi olan rus modelin bəzi pərəstişkarları bu cəsarətindən təsirlənsə də çoxları onu intihar xarakterli çəkilişə görə tənqid hədəfinə çeviriblər.
A.M.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək