16 
Fev
2017
16:27
72
74
6938
Virtual karabakh

Xuraman Şuşalı: Günah məni qocaltmışdı

16 Fev, 2017
16:27
6938

Xuraman Şuşalı: Günah məni qocaltmışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Xuraman Şuşalı hicaba keçməzdən əvvəl günahın onun ruhunu qocaltdığını bildirib.

Oxu.Az xəbər verir ki, ifaçı bununla bağlı sosial şəbəkədə paylaşım edib.

“Bu gün mənim həyatımda ən önəmli, unudulmayacaq bir gündür. 16.02.2013-cü il sübh namazında tövbə edib, hicaba keçdim. Bu böyük addımı atdığım üçün elə ağlayırdım ki... Çünki özümü tanıyandan hicaba keçmək istəmişəm. Ancaq şeytan nəfsimə güc gəlməyə imkan vermirdi. Şükür, Allahım mənə güc verdi. Ömrümün günah içində keçməyinə, nəfsimin qulu olmağıma imkan vermədin. Düzdür, hicabım kamil deyil, ancaq sən rəhmlisən, zalım deyilsən. Hicabla ruhuma rahatlıq verdin.

Günah məni qocaltmışdı, ruhum qocalmışdı. 2005-ci ildən namaz qılıram, amma hicabla namazımı daha mükəmməl etdim. Şükür Allahım, nəfsimi mənə qul etdin. Təşəkkürlər, ya Rəbbim. Tövbə qapısını biz bəndələriniz üçün açıq qoymusan. Rahatlıq və gözəllik səndədir. Yenə də məni hidayət elə. Allahım, hər iki dünyamı gözəl et. Verdiklərini alma, rəhminlə nəzarət et, bizi öz başımıza buraxma”, - deyə o yazıb.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri