17 
Fev
2017
14:07
134
59
5221
Virtual karabakh

Məşhurlarımızdan “Sən supersən!”in azərbaycanlı iştirakçılarına dəstək – VİDEO

17 Fev, 2017
14:07
5221

Məşhurlarımızdan “Sən supersən!”in azərbaycanlı iştirakçılarına dəstək – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sputnik Azərbaycan İnformasiya Agentliyi və Radiosu Rusiyanın NTV telekanalında nümayiş etdirilən “Sən supersən!” müsabiqəsinin iştirakçıları Pərvanə AlcanovaXoşqədəm Mehdiyevaya dəstək olmaq məqsədi ilə xüsusi videorubrika hazırlayıb.

Oxu.Az xəbər verir ki, bu rubrikada Azərbaycanın məşhur simaları qısa videolarda müsabiqənin azərbaycanlı iştirakçılarına öz dəstəklərini bildirəcək, peşəkar məsləhətlər verəcək və arzularını səsləndirəcəklər. 

Rubrikanın ilk qonaqları Əməkdar artist, şoumen, teleaparıcı və prodüser Murad Dadaşov və Azərbaycanı “Eurovision - 2014” mahnı müsabiqəsində təmsil edən populyar müğənni Dilarə Kazımova olub. 

Murad Dadaşov: “Qızlarımız güc toplamaq üçün gərək çoxlu dincəlsinlər. Ancaq ən əsası hər işi sona çatdırmağa güc verən qələbəyə inamdır”.

Dilarə Kazımova: “Pərvanə və Xoşqədəmə təkcə uğur deyil, həm də səhnədən qorxmamağı və nəyə qadir olduqlarını göstərmələrini arzulayıram. Bilin ki, nəticədən asılı olmayaraq, biz sizinləyik, sizi sevirik və gözləyirik”.

Azərbaycandan olan ilk iştirakçımız Pərvanə Alcanovanın “Sən supersən!” şousunda çıxışı 18 fevral saat 21:00-da baş tutacaq. 

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri