18 
Fev
2017
11:39
66
428
46434
Virtual karabakh

Şahin Zəkizadənin xanımı: Bu video ürəyimi parça-parça etdi – VİDEO

18 Fev, 2017
11:39
46434

Şahin Zəkizadənin xanımı: Bu video ürəyimi parça-parça etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərhum rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə sosial şəbəkədə onunla bağlı paylaşım edib.

Oxu.Az xəbər verir ki, S.Zəkizadə şərhində oğlu Əlini atası Şahinin arzu etdiyi kimi böyüdəcəyini yazıb.

“Məni tək, sənsiz qoyub getdin. Can, ömür yoldaşım, getməyi heç istəmirdin. Qar yolları elə bağlamışdı ki... Bu video ürəyimi parça-parça etdi. 2014-cü ildə yeni ailə qurmuşduq.

Of ay Şahin, sənsiz tək oturmuşam. Sən soyuğu heç sevmirdin. Soyuqda üşüyürdün. Yanan mən oldum, canım Şahinim, nur içində yat. Rəhmət sözünü sevmirdin. Söz verirəm, Əlini arzu etdiyin kimi böyüdəcəyəm. Sən də görüb qürurlanacaqsan. Nur üzlü Şahinim, mən sənsiz nə edəcəyəm?”, - deyə o qeyd edib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri