19 
Fev
2017
12:23
83
320
37324
Virtual karabakh

Tolik göz yaşlarını saxlaya bilmədi: Bəlkə öldüm... – VİDEO

19 Fev, 2017
12:23
37324

Tolik göz yaşlarını saxlaya bilmədi: Bəlkə öldüm... – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tolik ləqəbi ilə tanınan brodüser Tarix Əliyev ARB TV-nin “Gəlin danışaq” verilişinin qonağı olub.

Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, o, verilişdə aparıcı-aktrisa Afaq Gəncəlinin onun haqda dediyi sözlərdən sonra Tolik göz yaşlarını saxlaya bilməyib.

“Afaq güclü qadındır. Siz bilirsiniz ki, onun uşağı 13 yaşında vəfat edib. Qədirxan Ankarada yatanda onun yanına getdim, görüşdük. Uşaq rəhmətə gedəndən sonra Afaqı çox qınadılar. Efirlərə çıxdığı üçün Afaq tənqid atəşinə tutuldu. Afaqın ürəyində böyük bir daş var, onu heç kim çıxarda bilməz. Onun uşağı rəhmətə getməmişdən 2 gün qabaq pəncərəsinə 1 ayaqlı göyərçin qonmuşdu. O, onun şəklini çəkib qoymuşdu. O şəkli paylaşanda zəng edib dedim ki, sil. Dedi, yox, o göyərçin onu aparmağa gəlib. Afaq çox əziyyət çəkdi, uşağa görə heç kimə əyilmədi. Uşağın atası Afaqa dedi ki, gəl kampaniya başladaq uşaq üçün. Afaq razı olmadı. İndi onu qınayırlar ki, o gülür. Amma o, uşağı unuda bilmir...

Heç kəsi qınamaq olmaz. Toy yiyəsi deyir ki, ailə problemin səndə qalsın, gəl toyumu apar. Bəlkə, bu veriliş axırıncı müsahibəm oldu, çıxdım, öldüm. Həyatdır”.

Daha sonra Tarix Əliyev (Tolik) maraqlı açıqlamalar verib. O, ailəsindən və uşaqlıq illərindən bəhs edib:

“Anam musiqi müəlliməsi, atam neftçi olub. Valideynlərimə indi də deyirəm ki, kaş mənim başımdan vurub oxutduraydınız. Kaş bugünkü gündə ali savadım olardı, başqa pillədə olardım. Elə qohumlarım var ki, məni evinə qoymurdu. Amma indi umurlar ki, mən onlara qonaq gedəcəm. 8-ci sinifdən sonra oxumadım. Məktəbi atdım. Çox peşman oldum. Ən pis vaxtım anamı aparıb bacımla ötürürdüm. Aeroporta gəlib onu ötüründə qorxdum ki, anam daha getdi. Mən çox dələduz uşaq olmuşam. Anam telefon alsın deyə, əlimi kəsmişdim. Anam telefonu aldı, 1 ay sonra telefonu itlə dəyişdim. Daha sonra iti də qoyunla dəyişdim”.

Tanınmış prodüser uşaq vaxtı yaşadığı hadisəni bölüşüb:

“Bir dəfə çörək növbəsində dayanmışdıq, bir oğlan gəlib dedi ki, sən mənim bacıma sataşmısan, gedək üzr istə. Məni qaranlıq yerə aparıb dedi ki, ayaqqabını və kurtkanı çıxart. Məni soyundurub kurtkamı aldı, ayaqqabım ayağına olmadı. Həyatda belə şeylərlə də rastlaşmışam”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri