21 
Fev
2017
11:16
204
60
28354
Virtual karabakh

Andrey Malaxovun Azərbaycan əsilli olduğu məlum olub – VİDEO

21 Fev, 2017
11:16
28354

Andrey Malaxovun Azərbaycan əsilli olduğu məlum olub – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın məşhur teleaparıcısı Andrey Malaxov azərbaycanlı çıxıb. 

Oxu.Az-ın BAKU.WS-ə istinadən verdiyi məlumata görə, Rusiyanın “Birinci” kanalında yayımlanan “Jit zdorova” verilişində maraqlı hadisə yaşanıb. Belə ki, proqramın aparıcısı Yelena Malışeva Malaxovun qanının DNT analizini etdirərək onun Azərbaycan əsilli olduğunu üzə çıxarıb.

Malaxov bu barədə “Instagram” səhifəsində məlumat yayıb:

“Bu səhəri şokla açmışam. “Jit zdorovo” verilişini qaçıranlar üçün qısa xatırlatma: 2 ay əvvəl proqramın aparıcısı Yelena Malışeva bir çox məşhur insanlardan, o cümlədən də məndən hansı kökənə malik olmalarımızı öyrənmək üçün DNT analizi götürüb. Yelena mənən şok yaşadıb. O, məni verilişə çağıraraq bildirdi ki, boksçu Nikolay Valuyev mənim ata tərəfdən uzaq qohumumdur. Bizim xromosomlar uyğun gəlir”.

Andrey Malaxov Moskvaya Şimali Murmansk əyalətindən köçüb. Amma bununla belə, onun ata tərəfdən genetik qohumları Yəmən, Sudan, Səudiyyə Ərəbistanı, Azərbaycan və Dağıstana qədər gedib çıxır. Aparıcının ana tərəfdən isə genetik qohumları Braziliyaya qədər yayılıb. Malışeva bildirib ki, onun təcrübəsində Malaxov bu qədər geniş yayılmış genetik şəcərəyə malik ilk insandır.  

Onun genetik qohumları, həmçinin Rusiya, Amerika, Meksika və Braziliyada yaşayır. Malaxovun qan analizinə görə,o, 90 faiz avropalı olmasına baxmayaraq, Qafqaz əsillidir.  

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri