22 
Fev
2017
18:23
12
63
7655
Virtual karabakh

Rəqsanə İsmayılova: Onlardan nə sevgili, nə də insan olar

22 Fev, 2017
18:23
7655

Rəqsanə İsmayılova: Onlardan nə sevgili, nə də insan olar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu həyatda Allahımdan çox razıyam. Əvvəla haqqı danıb nahaq yolla insanı şərləməyə çalışan insanlar gec-tez Allah qarşısında cavab verir və haqqını alır. Zamanında çox deyildi və yazıldı. Aradan demək olar ki, illər keçdi. Amma Allaha sığındım, səbr etdim və o, yollarımı açdı. Gözəl ailəm oldu, iki gözəl balamla çox xoşbəxtəm. Allahını unudan insanlar bir-bir cavabını alır. Haqq-ədalət öz yerini tapır”.

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova “Instagram” səhifəsində yazıb.

“Əslində mən çətin günə sevinən insan deyiləm və buna haqqım da yoxdur. Mən də ana, Allahın bəndəsiyəm. Sadəcə mənim adımdan, tanınmağımdan istifadə edib bacardıqları qədər çörəyimi yeyib mənə quyu qazıblar. Adını çəkmək istəmədiyim qadının bir zaman güvəndikləri indi haradadır? Bu gün yenə mənim adımın altında gizlənib. Bir daha adımı o insanların yanında qətiyyən hallandırmayın. Onlardan nə sevgili, nə dost, nə də ki, insan olar.

Sadəcə salam verib, dost demək istəmişəm. O gündən bu günə kimi zəfər çaldım. Çünki təmiz idim. Səbr etməklə hər kəsin kimliyi bəlli olur. Allah heç kimi darda qoymasın. Şər, böhtan söyləyən, şeytan əməlinə uyub min oyuna əl atan, insanın üzünə duranlar bədbəxtdir”,-deyə o qeyd edib.

Qeyd edək ki, ötən gün R.İsmayılovanın keçmiş sevgilisi Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib. O, məhkəmə zalında həbs edilib. 

Xatırladaq ki, Faiq Azayev və onun qardaşı, Baş Dövlət Yol Polisi İdarəsinin sabiq əməkdaşı Fərid Azayevə qarşı Cinayət Məcəlləsinin 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülmüşdü.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri