23 
Fev
2017
16:46
59
420
13779
Virtual karabakh

Evlilik verilişindəki azərbaycanlılar arasında mübahisə düşdü – VİDEO

23 Fev, 2017
16:46
13779

Evlilik verilişindəki azərbaycanlılar arasında mübahisə düşdü – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Star TV”-də yayımlanan “Zuhal Topalla” adlı evlilik verilişinin azərbaycanlı iştirakçıları Naz Mila ilə Əli Əkbər arasında mübahisə yaşanıb.

Oxu.Az xəbər verir ki, proqramın ötən buraxılışlarında Naz Əlidən ayrıldığına görə peşman olduğunu etiraf edərək ikinci şans istəyib. 

Cütlük barışsa da, münasibətləri yenidən korlanıb.

Əli ötən gün canlı yayımda “Nazın nə etmək istədiyini başa düşmürəm. Özünü efirdə yaxşı göstərib, kənarda dava edir. Nə istədiyini bilmir. Şans versəm, yenə eyni hərəkətləri edəcək. Ona daha bir şans vermək istəmirəm”.

Naz isə “Əli söhbəti uzadır. Mənə şans vermir, gündə beş namizəd qəbul edir. Mən də həmin gün (avtomobildə mübahisə etdikləri görünütülər barəsində danışır - red.) studiyadan əsəbi vəziyyətdə çıxdım” deyib.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri