24 
Fev
2017
15:39
11
39
4484
Virtual karabakh

“Fatmagülün suçu ne?” serialının Hindistan versiyası: Həmkar həyat yoldaşları baş rolda – FOTO

24 Fev, 2017
15:39
4484

“Fatmagülün suçu ne?” serialının Hindistan versiyası: Həmkar həyat yoldaşları baş rolda – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə istehsalı olan “Fatmagülün suçu ne?” serialı indiyə qədər bir çox ölkədə nümayiş olunub.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, ekran əsərinin ssenarisini bu dəfə hindistanlılar alıb.

Hindistanın məşhur aktyoru Rajesh Khattar və yeddi il fasilədən sonra yenidən səhnəyə qayıdan aktrisa həyat yoldaşı Vandana Sajnani serialda baş rolu canlandıracaq.

Rajesh Khattar ictimai media hesabından serialdan bir səhnə paylaşıb.

Serialın adının “Fatmagül” olacağını söyləyən və layihəni həyata keçirən “Star Plus” şirkəti orijinal ssenariyə sadiq qalacaqlarını vurğulayır.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri