24 
Fev
2017
16:11
285
116
19202
Virtual karabakh

Evlilik verilişinə qatılan azərbaycanlı “idmançı”nın yalanı üzə çıxdı

24 Fev, 2017
16:11
19202

Evlilik verilişinə qatılan azərbaycanlı “idmançı”nın yalanı üzə çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Əli adlı azərbaycanlı şəxs Türkiyənin “Star TV” televiziyasında yayımlanan “Zuhal Topalla” evlilik verilişinə qatılıb. O, proqramda uzun müddətdir iştirak edən həmyerlimiz Naz Milanı bəyəndiyini söyləyib. Nazın ona elçi düşən həmin oğlana cavabı isə “xeyr” olub.

Əli həmçinin canlı yayımda Braziliya ciu-jitsusu ilə məşğul olduğunu, Dünya Kubokunu qazandığını, Azərbaycan birincisi və ikincisi olduğunu bildirib.

Oxu.Az-ın əməkdaşı Əlinin söylədikləri ilə bağlı araşdırma aparıb. Məlum olub ki, Əli efirdə yalan söyləyib.

Azərbaycan Ciu-Citsu Milli Federasiyasının prezidenti Mirəli Seyidov Oxu.Az-a bildirib ki, həmin şəxs federasiyasının üzvü deyil.

Federasiyanın vitse-prezidenti, Braziliya Ciu-Citsusu Departamentinin rəhbəri Azər Bəydullayev isə məsələ ilə bağlı bunları söyləyib:

“Həmin şəxs nə federasiyanın, nə də yığmanın üzvüdür. Yığmanı formalaşdırmazdan bir il əvvəl Gənclər və İdman Nazirliyinə hesabat veririk. Tutaq ki, yığma 10 nəfərdən ibarətdirsə, hər birinin adı, soyadı nazirliyə təqdim olunur.

Məlum məsələdir ki, Dünya çempionatına heç kəs özbaşına qatıla bilməz. İlk növbədə yığmanın üzvü olmalı, Bakı və Respublika çempionu adını qazanmalı, təlim-məşq toplantılarından keçəməli, daha sonra Dünya çempionatına yola çıxmalıdır”. 

Aytən Sadıqzadə
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri