13 
Mar
2017
16:07
44
99
8029
Virtual karabakh

Musa və Təranənin dəbdəbəli evi – FOTO + VİDEO

13 Mar, 2017
16:07
8029

Musa və Təranənin dəbdəbəli evi – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Musa Musayev və Təranə Qumral “Evgördü” verilişinə qonaq olublar.

Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, hər iki sənətçi evlərini tamaşaçılarla tanış edib.

Musa Musayev deyib ki, evdə onun sözü keçir:

“Evin dizaynını özümüz fikirləşmişik. Evin tavanını 8 guşəli ulduz etmişəm. Bayrağımızın rənglərini həkk etdirib, ay və ulduz düzəltdirmişəm. Evdə şəkilləri sevirik. Bir-iki şəkil var, onu da bağ evinə aparacağıq. Sənət adamının bağ evi, gözəl mənzili, villası olmalıdır. Bütün dünya müğənniləri hamısı yaxşı yaşayıblar. Sadəcə, bizdə yaxşı qarşılanmır.

Biz də yaxşı yaşamalıyıq. Balalarımız üçün qoyub gedəcəyik. Təranəyə qədər çox diqqətsiz idim. İndi hər şeyə diqqət edirəm. Məndə çox səhv tutur. Evdə, əsasən mənim sözüm keçir. Amma Təranənin də sözünə önəm verirəm”.

Təranə Qumral isə hər gün dalaşdıqlarını bildirib:

“Hər gün bir-birimizi qırırıq, çox dalaşırıq. Bir-birimizi çox istəyirik deyə belə olur. İnsan insanı çox istəyəndə, tez-tez dalaşır. Mən səhnədə müğənniyəm, evdə evimin xanımıyam”.

www.oxu.az

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri