13 
Mar
2017
18:07
271
111
9408
Virtual karabakh

Emin Ağalarov və Keti Topuriya damda mahnı oxudu – FOTO + VİDEO

13 Mar, 2017
18:07
9408

Emin Ağalarov və Keti Topuriya damda mahnı oxudu – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən ilin sonunda müğənnilər Emin Ağalarov və “A Studio” qrupunun solisti Keti Topuriya yeni duetin olacağı barədə pərəstişkarlarına məlumat vermişdilər. İfaçılar söz verdikləri kimi, “Əgər sən yanımdasansa” adlı mahnıya bazar günü klip çəkdiriblər və tezliklə bu video yalnız internetdə deyil, musiqi kanallarında da yayımlanacaq. 

Oxu.Az bu barədə spletnik.ru-ya istinadən xəbər verir. 

“Biz çoxdandır birgə mahnı axtarırdıq və seçirdik. Bu mahnı hamımızın xoşuna gəlir, dostluqdan, məhəbbətdəndir. Klip çox gözəl olacaq”, - bunu “A Studio” kollektivinin üzvləri Bayqali və Keti bildiriblər. 

Emin Ağalarov da əməkdaşlıqdan razı qalıb:

“Əgər soyuğu nəzərə almasaq, çox əyləncəli çəkiliş idi. Burada oyun və saxtakarlıq yoxdur, biz uşaqlar ilə yüz ildir ki, dostluq edirik. Birlikdə işləmək çox xoş idi”. 

Klip Moskvanın mərkəzində çəkilib. Yoldan keçənlər və paytaxt sakinləri səkkiz saat Keti və Eminin damda oturub mahnı oxumalarını, aşağı qar atdıqlarını, yaxınlıqda isə Bayqali Serkebayev, Vladimir Mikloşiç və digərlərinin musiqi ifa etmələrini müşahidə ediblər. 

 

"Если ты рядом" @keti_one_official @baigali_astudio @astudio_group СКОРО 😉

A post shared by eminofficial (@eminofficial) on

 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri