15 
Mar
2017
20:03
273
194
10352
Virtual karabakh

Emin “dünya əfsanə”ləri ilə birlikdə – VİDEO

15 Mar, 2017
20:03
10352

Emin “dünya əfsanə”ləri ilə birlikdə – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya şöhrətli müğənni Emin Ağalarov şəxsi Instagram səhifəsində məşhur kanadalı müğənni David Foster və amerikalı pop müğənni Lionel Rici ilə birlikdə Kaliforniya, Los-Ancelsdən çəkdiyi şəkil və videonu paylaşıb. Emin şəklin altından “əfsanələrlə maraqlı gecə” şərhini paylaşıb.

Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, 68 yaşlı Devid Foster məşhur kanada müğənnisidır. O, həmçinin də musiqi tarixində ən uğurlu prodüserlərdən biri də hesab olunur. 14 dəfə “Qremmi” mükafatı alan müğənni onun 3-nü məhz “İlin ən yaxşı prodüseri” nominasiyasında alıb.

Layonel Riçi isə amerikalı müğənni, şair, prodüser və aktyordur. O, 1968-ci ildən “Commodores” adlı musiqi qrupunda faəliyyət göstərirdi. Riçi solo karyerasında “Lionel Richie” albomuyla debüt edərək böyük uğur qazanmışdır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri