16 
Mar
2017
17:05
40
96
4946
Virtual karabakh

Mətanət Əsədovanın evindən cadu çıxdı – VİDEO

Müğənni Mətanət Əsədova evindən növbəti dəfə cadu tapıb.

Oxu.Az-ın lent.az-a istinadla məlumatına görə, “APA TV”-də aparıcı Yalçın Uğurun təqdimatında yayımlanan “Show time” verilişində qonaq olan ifaçı deyib ki, artıq bu cadunun kim tərəfindən edildiyi də ona məlumdur:

“Mənim başıma nələr gəlməyib. Götürək elə “Instagram”ı. Elə bilirsiniz ki, orada mənə rəy yazan tamaşaçıdır? Qurana əl basaram ki, bu musiqi aləminin işidir. Başqa bir ad, şəkillə girib yazırlar. Nə vaxta qədər bu paxıllıq olacaq? Məndə niyə paxıllıq yoxdur? Çünki Allah gözəl surət, ürək, səs verib. Niyə paxıl olmalıyam ki? Çünki kəsirim yoxdur. O gün evimdən daha bir cadu tapıldı. Bunu edənin kim olduğunu bilirəm. Aman Allah bu dəhşət idi. Cadunun içində ailə qurduğum insanla mənim adıma rus dilində yazılmış bir yazı, bir də böyük bir qıfıl var idi. O yazının tərcümə halını da bilirəm, orada nə yazıldığını da öyrəndim. Allah onlara ağıl versin”. 

A.S.
www.oxu.az

Digər Şou-biznes xəbərləri