18 
Mar
2017
22:51
79
505
22550
Virtual karabakh

Ekstrasens Zirəddin: Özünüzü biabır etməyin – VİDEO

18 Mar, 2017
22:51
22550

Ekstrasens Zirəddin: Özünüzü biabır etməyin – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya vətəndaş olan tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayev (“ekstrasens Zirəddin” kimi tanınır) Azərbaycan mətbuatında onun barəsində dərc edilən xəbərlərdən qəzəblənərək Life.ru kanalı üzərindən videomüraciət yayıb.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Zirəddin Rzayev Rusiya vətəndaşı olduğu halda Azərbaycan mətbuatının ondan əl çəkmədiyini bildirir. 

“Məndən nə istəyirsiniz?” deyə jurnalistlərdən soruşur.

“Siz hamınız Azərbaycanda mənim barəmdə yazmısınız ki, satanistəm, alkaşam, narkomanam, agentəm. İndi də yazmağa heç nə qalmayıb, bütün sərhədləri keçib mənə çirkab atırsınız. Bu, artıq işləmir. Özünüzü biabır etməyin. Mən Rusiya vətəndaşıyam. Rusiyada yaşayıram. Məndən nə istəyirsiniz? Mən sizə nə pislik etmişəm? Niyə Azərbaycan vətəndaşlarından yazmırsınız, məndən yazırsınız? Mənim populyarlığım hesabına pul qazanmaq, piar qurmaq istəyirsiniz. Kim sizə sifariş edib ki, barəmdə çirkin məqalələr yazasınız?” - Zirəddin Rzayev soruşur.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri