20 
Mar
2017
15:52
299
75
23945
Virtual karabakh

Cavid və Nailənin “Ukraynanın səsi”ndə möhtəşəm dueti – VİDEO

20 Mar, 2017
15:52
23945

Cavid və Nailənin “Ukraynanın səsi”ndə möhtəşəm dueti – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənc azərbaycanlı musiqiçi Cavid Məmmədov Ukraynada keçirilən “Ukraynanın səsi” müsabiqəsinin III turuna vəsiqə qazanıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu dəfə C.Məmmədov layihənin digər iştirakçısı Nailə İbrahimova ilə duetdə "Lean on major lazer" məşhur kompozisiyasını oxuyub.

“Hər şey əla idi, baxmayaraq ki, bu mahnı mənim səsimə uyğun deyildi. Gözəl müğənni Nailə ilə hər şeyi əla səviyyədə etdik. Şadam ki, hər ikimiz növbəti tura keçə bildik”, - deyə C.Məmmədov bildirib.

Qeyd edək ki, gənc mügənni “Ukraynanın səsi” müsabiqəsində iştirakını bundan sonra məşhur Ukrayna musiqiçisi Sergey Babkinin komandasında davam etdirəcək. Çünki “Eurovision”nın qalibi olan Camala Nailə İbrahimovanı şeçib.

Müsabiqə Ukraynanın “1+1” telekanalında yayımlanır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri