26 
Mar
2017
10:58
147
38
4811
Virtual karabakh

Ukrayna Rusiyanın “Eurovision”da iştirakının şərtini açıqlayıb

26 Mar, 2017
10:58
4811

Ukrayna Rusiyanın “Eurovision”da iştirakının şərtini açıqlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəsmi Kiyev bəyan edib ki, Rusiyanın “Eurovision-2017” mahnı müsabiqəsinə təmsilçisini o halda qəbul etməyə hazırdır ki, hazırkı təmsilçi Yuliya Samoylova Ukrayna qanunvericiliyinə zidd hərəkət etməmiş biri ilə əvəz edilsin.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın baş nazirinin müavini Vyaçeslav Kirilenko “Ukrayna radio”sunun efirində deyib.

Vyaçeslav Kirilenko, Moskvanın bu şərti qəbul edəcəyinə ümid etdiyini bildirib. Kirilenko müsabiqə ətrafında yaranan vəziyyəti Rusiya tərəfindən törədilən təxribat adlandırıb.   

Qeyd edək ki, Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni  Rusiyanı “Eurovision-2017”-də “Flame Is Burning” mahnısı ilə təmsil edəcəkdi.  

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri