27 
Mar
2017
15:53
71
46
1637
Virtual karabakh

Avropa Yayım Birliyi Rusiyanın “Eurovision”da iştirak etməsi prosesini izləyir

27 Mar, 2017
15:53
1637

Avropa Yayım Birliyi Rusiyanın “Eurovision”da iştirak etməsi prosesini izləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Yayım Birliyi (AYB) Rusiyanın “Eurovision - 2017” musiqi müsabiqəsində çıxış etməsini təmin edəcəyini açıqlayıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə “Eurovision” müsabiqəsinin təşkilat komitəsinin rəhbəri Frank-Diter Fraylinq bildirib.

Onun sözlərinə görə, komitə hələ Ukrayna hökumətindən rusiyalı müğənni Yuliya Samoylovanın Kiyevdə çıxışını qadağan edən bildiriş almayıb.

Eyni zamanda, Fraylinq bu məsələdə Rusiya tərəfinin də maraq göstərəcəyini gözlədiyini bildirib.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti ölkənin qanunvericiliyinin pozulması ilə bağlı rusiyalı müğənni Yuliya Samoylovanın ölkəyə girişinə üç il müddətinə qadağa qoyub.

Qeyd edək ki, daha əvvəl AYB Rusiyaya peyk yayımı vasitəsilə yayım həyata keçirməyi təklif etsə də, Rusiyanın milli yayımçısı bundan imtina edib. Ardından Ukrayna Rusiyaya ölkə qanunlarını pozmayan başqa təmsilçi göndərməyi təklif edib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri