27 
Mar
2017
13:02
27
100
4027
Virtual karabakh

Diana Hacıyeva: Mən “Eurovision” üçün tipik müğənni deyiləm – FOTO + VİDEO

27 Mar, 2017
13:02
4027

Diana Hacıyeva: Mən “Eurovision” üçün tipik müğənni deyiləm – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanı “Eurovision - 2017”-də Dihaj adı ilə təmsil edəcək müğənni Diana Hacıyeva müsabiqənin rəsmi saytı Eurovision.tv-yə müsahibə verib. 

Oxu.Az xəbər verir ki, məqalədə musiqi tənqidçiləri ifaçının orijinal vokalını yüksək qiymətləndirirlər.

Müğənni özü isə “Skeletons” (musiqi İsa Məlikov, söz Sandra Byorman) müsabiqə mahnısından danışarkən aşağıdakıları bildirib:    

“Mahnımın əsas fərqi bənzərsiz olmasıdır. Bu, kompozisiyanın bir qədər təxribat xarakterli adına, eləcə də müsabiqə nömrəsinin quruluşuna aiddir. Məncə “Eurovision” auditoriyasına sizin nə qədər fərqli və alternativ olmağınız vacib deyil. Sizi dünyada olan dinləyicilər və tamaşaçılar eşidə və izləyə bilər. Anlayıram ki, “Eurovision” üçün tipik müğənni deyiləm.

Mənim üçün bu müsabiqə bir çox ölkələrdə yeni auditoriya qazanmaq imkanıdır. Artist peşəkar inkişafa köklənibsə, təcrübə yığmaq və auditoriya ilə ünsiyyət üçün belə gözəl imkanı əldən vermək olmaz”. 

Diana Hacıyeva “Skeletons” mahnısı ilə may ayının 9-da “Eurovision - 2017”-nin birinci yarımfinalıda çıxış edəcək, müğənninin çıxış nömrəsi müsabiqənin başlanğıcına yaxın zamanda açıqlanacaq. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri