28 
Mar
2017
18:19
8
106
8760
Virtual karabakh

Azərbaycanlı müğənni: Onu boşadı, məni aldı – FOTO

28 Mar, 2017
18:19
8760

Azərbaycanlı müğənni: Onu boşadı, məni aldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Afət Fərmanqızı ikinci dəfə ərə gedib.

Oxu.Az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, müğənni özündən yaşca kiçik olan həmkarı Seyran Əliyevlə ailə qurub. Həyat yoldaşı ilə fotoşəkillərini sosial şəbəkədə paylaşan A.Fərmanqızının ünvanına təhqirlər yazılıb.

Bir çoxları Seyranın ailəsini ifaçının dağıtdığını qeyd edib. Müğənni ona yazılan “yuvayıxan”  sözünə “Seyran mənim ərimdir. Arvadını bir ildir boşayıb, indi məni alıb. Deməli, mən ona layiqəm” cavabını verib.

Afət və Seyran uzun müddət sevgili olublar. Daha sonra onlar ayrılıb, bir müddət əvvəl isə yenidən barışıblar. Hazırda cütlük bir evdə yaşayır.

S.Əliyevin ilk ailəsindən iki övladı var. Afətin də bir oğlu var və universitetdə ikinci kursda təhsil alır.

Cütlük ikisinin adına açılan “Instagram” səhifəsini bir neçə gün əvvəl bağlayıb.

A.Fərmanqızı və S.Əliyev məclislərə də birlikdə gedirlər.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri