29 
Mar
2017
10:04
26
11
2267
Virtual karabakh

Kadir İnanırın aktrisa xanımı bəraət aldı

29 Mar, 2017
10:04
2267

Kadir İnanırın aktrisa xanımı bəraət aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli aktyor Kadir İnanırın xanımı, aktrisa Julide Kural PKK ilə əlaqədə şübhəli bilinir.

Oxu.Az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, fəaliyyəti dayandırılan “Özgür gündəm” qəzetində 1 günlük növbətçi baş redaktor vəzifəsini icra edən teatr ustası Julide Kural “terror təşkilatlarının yazılarını yayınlamaq, terror təşkilarının təbliğatını aparmaq”da ittiham olunur. 

İstanbul 22-ci Ağır Cəza Məhkəməsindəki görüşdə Kuralı həyat yoldaşı Kadir İnanır tək buraxmayıb. 

Terror təşkilatına köməkdə təqsirləndirilən aktrisa haqqındakı iddiaları qəbul etməyib:

“Ömrüm boyunca insan haqları üçün mübarizə aparan bir sənətçiyəm. Şiddətə qarşı və sülh tərəfdarıyam. Kürd probleminin həlli üçün də bunun lazım olduğunu düşünürəm. İfadə azadlığını çox önəmsəyirəm. Azad bir mətbuatda kürd problemi bütün tərəfləriylə ələ alına bilər. Mən jurnalist deyil, sənətçiyəm. Söz azadlığının olmadığı yerdə sənət də olmaz. Bu həmrəyliyi məsuliyyətim olaraq gördüm və bir gün baş redaktor vəzifəsini yerinə yetirdim. Adımın baş redaktor kimi qeyd olunmağını istədim. Yazılan xəbərlərdən məlumatım yoxdur, heç bunu soruşmadım da… Bu ölkənin demokratik bir dövlət olmağını və bəraitimi istəyirəm”.

Onun bu çıxışından sonra hakimin haqqında çıxardığı 1 il 3 ay həbs qərarı təxirə salınıb. Belə ki, sənətçinin bir daha cinayət işləməyəcəyi qənaətinə gəlinib. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri