29 
Mar
2017
12:56
191
25
4866
Virtual karabakh

“Qolos. Deti” şousunun iştirakçısı Nurlan İsmayılov: Ailəmizdə Azərbaycan ənənələrinə riayət edilir

29 Mar, 2017
12:56
4866

“Qolos. Deti” şousunun iştirakçısı Nurlan İsmayılov: Ailəmizdə Azərbaycan ənənələrinə riayət edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qolos. Deti” şousunun yeni mövsümünün azərbaycanlı iştirakçısı, müğənni Nyuşanın qəlbini Polad Bülbüloğlunun “Zəng et” mahnısını ifa etməklə fəth edən Nurlan İsmayılovMoskva-Baku” saytına müsahibə verib. 

Oxu.Az xəbər verir ki, N.İsmayılov Rusiyada dünyaya gəlib, onun ailəsi Azərbaycan ənənələrinə riayət edir. Hər il valideynləri onu Azərbaycana gətirirlər. Nurlanın atası İsmayıllı, anası isə Şamaxı rayonundandır.  

Nurlan səkkiz yaşından Naberejnı Çelnıda musiqi məktəbində təhsil alır, akademik vokal ilə məşğul olur, fortepianoda çalır və ansamblda oxuyur. Birinci sinifdən karate ilə məşğul olur və yaşıl kəmər alıb, eləcə də üzgüçülük və şahmat ilə maraqlanır.  

“Şouda iştirak etmək qərarı təsadüfi idi. Mən şansımı sınamaq istədim. Bir neçə ay sonra kastinqə dəvət gəldi. Çox təəccübləndim. Kastinqdə Polad Bülbüloğlunun “Dolalay” mahnısını oxudum və seçilən 60 uşaqdan biri oldum. Beləcə, uğur mənə üzünü çevirdi!

Polad Bülbüloğlu və Müslim Maqomayev – kumirlərimdir. Onların mahnılarını sevirəm. Müsabiqəyə bir neçə ay qalmış valideynlərim ilə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna məktub göndərdim. Məni dinləyib, fikrini bildirməyi xahiş etdik. Polad müəllim razılıq verdi. O, mənə “Nurlan qələbənə inanıram!” yazılmış disk hədiyyə etdi. 

Ümumrusiya və beynəlxalq miqyaslı müsabiqələrdə iştirak sahəsində təcrübəyə sahib olsam da, indiyə qədər “Qolos. Deti” miqyasında olan layihələrdə iştirak etməmişdim. Mən, “Volqadan Yeniseyə qədər” Beynəlxalq ifaçılıq sənəti müsabiqəsinin birinci dərəcəli laureatı, “İstedadlar qanadı” beynəlxalq festival-müsabiqənin laureatıyam”,-deyə N.İsmayılov bildirib.

 

O, “Ustadlara gəldikdə isə onları televizorda deyil, canlı görmək qeyri-adi bir şeydir. “Qolos. Deti” şousunun səhnəsində olanda “Ura, məşhur olacağam! Məni “Birinci” kanalda göstərəcəklər” düşündüm. Bir sözlə, çox sevindim” - deyə sözlərinə əlavə edib.

“Ailəmizdə Azərbaycan ənənələrinə riayət edilir. Novruz bayramını çox şən keçirdik. Müxtəlif müsabiqələrdə də Azərbaycan mədəniyyətini təmsil etməyə çalışıram. Azərbaycan dilində sərbəst danışıram. Hər yay Azərbaycana gedirəm, tətilimi orada keçirirəm. Bu səfərlər mənə çox maraqlıdır”, - deyə N.İsmaylov vurğulayıb. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri